HƏMAS İsrailə 5 raket atıb, 2 nəfər yaralandı
Dünya
07.10.2024 14:10
HƏMAS tərəfindən İsrailə Qəzzanın cənubundakı Xan Yunis şəhərindən beş raket atılıb.
TodayPress xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
İki nəfərin yaralandığı bildirilib.
Qeyd edək ki, HƏMAS İsrailin mərkəzinə atılan raket hücumuna görə məsuliyyəti öz üzərinə götürərək, Təl-Əvivi hədəf aldığını bildirib.
Nərmin Tuncay
tag: İsrail, HƏMAS ,Qəzza ,Təl-Əviv ,Hədəf ,todaypress.az,