HƏMAS-ın yeni lideri bəlli oldu - FOTO
Dünya
13.01.2025 12:05
HƏMAS-ın yaraqlı qanadının - İzzəddin əl-Qəssam Briqadalarının rəhbəri Məhəmməd Sinvar hərəkatın Qəzza zolağındakı yeni lideri olub.
TodayPress xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Məhəmməd Sinvar 2024-cü ilin oktyabrında vəfat edən Yəhya Sinvarın kiçik qardaşıdır. Nəşrin həmsöhbətləri qeyd edirlər ki, hərəkatın yeni rəhbəri Fələstin anklavında İsrailə qarşı aparılan hərbi əməliyyatlarda fəal səylər göstərib.
Töhfə Səməd
tag: Həmas ,Lider ,Yəhya, fələstin, todaypress.az,