HƏMAS-ın təhlükəsizlik komandiri öldürüldü

Dünya

02.01.2025 16:34

İsrail Hərbi Hava Qüvvələrinə (IDF) məxsus təyyarələr Qəzza zolağının cənubunda HƏMAS-ın daxili təhlükəsizlik aparatının rəhbəri Hussam Şahvanı zərərsizləşdirib. 

TodayPress xəbər verir ki, bu barədə IDF “Telegram” kanalında məlumat verilib.   

Müdafiə Nazirliyinin məlumatına görə, daxili təhlükəsizlik rəisi Xan Yunisdəki humanitar zonada mülki şəxslərin mühafizəsi altında gizlənib.  

“Hücumdan əvvəl mülki şəxslərə zərər vurma ehtimalını azaltmaq üçün bir çox addımlar atılıb” məlumatda qeyd olunub.  

Günəş Mərd

tag: HƏMAS, Qəzza, Rəis, Hücum ,todaypress.az,