HƏMAS-ın rəhbəri öldürüldü

Dünya

31.07.2024 09:38

HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İsrailin endirdiyi zərbə nəticəsində öldürülüb.

TodayPress xəbər verir ki, bu barədə SEPAH-ın yaydığı bəyanatda deyilir. 

"Bu səhər HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmayıl Haniyənin Tehrandakı iqamətgahı vuruldu. Nəticədə o, və mühafizəçilərindən biri kəlak oldu".

HƏMAS da Haniyənin ölümünü təsdiqləyərək İsrailin hücumunu dəhşətli adlandırıb.

Qeyd olunur ki, iyulun 30-da İsmayıl Haniyə İran prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak edib. O, İranın ali dini lideri ilə də görüşüb.

Töhfə Səməd

tag: HƏMAS, Haniyə, İran, Pezeşkiyan, Tehran, todaypress.az,