HƏMAS-ın rəhbər şəxslərdən biri zərərsizləşdirildi
Dünya
13.07.2024 10:50
İsrail Müdafiə Qüvvələri daha bir terrorçunu məhv edib.
TodayPress İsrail Ordusunun mətbuat xidmətinə istinadən xəbər verir ki, hava zərbələri nəticəsində öldürülən şəxs HƏMAS-ın daxili təhlükəsizlik şöbəsinə rəhbərlik edən Hossam Mənsur olub.
Məlumatda qeyd edilib ki, o, həm də humanitar fəaliyyət adı altında terrorizmə dəstək verən və maliyyələşdirən “Əl-Xeyr” təşkilatının rəhbərlərindən biridir.
tag: HƏMAS, İsrail, Ordu, Məlumat, Əl-Xeyr, Terror, todaypress.az,