HƏMAS-ın nümayəndə heyəti danışıqlar üçün Misirə gedəcək

Dünya

30.11.2024 10:10

HƏMAS  nümayəndə heyəti Qəzza zolağında mümkün atəşkəs barədə Misir rəsmiləri ilə danışıqlar aparmaq üçün Qahirəyə gedəcək.

TodayPress xəbər verir ki, bu barədə “Times of Israel” yazıb. 

Məlumata görə, danışıqların məqsədi atəşkəslə bağlı məsələlərin müzakirəsi və Qəzza zolağında girovlar haqqında sazişin imzalanması olacaq.

Bu bəyanat İsrail və Livanın “Hizbullah” hərəkatı arasında atəşkəs razılaşmasının qüvvəyə minməsindən iki gün sonra verilib. 

Günəş Mərd

tag: HƏMAS, Qəzza, Danışıqlar, Livan, Hizbullah, todaypress.az,