HƏMAS-ın liderlərindən biri məhv edildi - İsrail KİV

Dünya

14.07.2024 18:13

İsrail ordusu HƏMAS-ın liderlərindən birinin məhv edib.  

TodayPress xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hərəkatın Xan Yunis şəhərindəki hərbi qanadının lideri Rafiya Salamu Qəzza zolağına endirilən zərbə nəticəsində zərərsizləşdirilib. 

Salamunun 7 oktyabr qırğınının təşkilatçılarından biri olduğu bildirilir. 

Xatırladaq ki, 2023-cü ilin oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.

tag: HƏMAS,İsrail,dünya,hərb,todaypress.az,