HƏMAS-ın hərbi qanadının rəhbəri öldürüldü
Dünya
01.08.2024 13:10
HƏMAS-ın hərbi qanadının lideri, “İzzəddin Briqadası”nın komandiri Məhəmməd Deyf Qəzza zolağında öldürülüb.
TodayPress xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Xatırladaq ki, HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda səfərdə olarkən iyulun 31-i gecə saat 2 radələrində onun yaşadığı iqamətgaha atılan raket zərbəsi nəticəsində həlak olub.
HƏMAS onun İsrailin hücumu nəticəsində öldüyünü bəyan edib. İsrail Müdafiə Qüvvələri isə bu hadisəyə görə məsuliyyət daşımadığını açıqlayıb.
Ölkənin Ali Rəhbəri Əli Seyid Xamenei onun qisasının alınacağına söz verib.
tag: HƏMAS, İzzəddin Briqada, İsmayıl Haniyə, İsrail, todaypress.az,