HƏMAS-ın hərbi qanadı komandirinin ölümünü təsdiqlədi
Dünya
31.01.2025 07:34
HƏMAS hərəkatının hərbi qanadı olan “İzzəddin əl-Qəssam” briqadaları, qruplaşmanın komandiri Məhəmməd əl-Deyfin öldürüldüyünü təsdiqləyib.
Todaypress xəbər verir ki, bu haqda qruplaşmanın nümayəndəsi Əbu Ubeydə müvafiq bəyanatla çıxış edib.
“Biz xalqımıza və dünyadakı tərəfdarlarımıza Məhəmməd əl-Deyfin vəfat etdiyini bildiririk” deyə o bildiriib.
tag: HƏMAS, Ölüm, Əbu Ubeydə,Vaçinqron, todaypress.az,