HƏMAS-ın başçısı öldürüldü
Dünya
03.10.2024 15:25
İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında HƏMAS hərəkatının keçmiş hökumət başçısı Ravi Müştahı zərərsizləşdirib.
TodayPress xəbər verir ki, bu barədə İsrail ordusunun rəsmi “Telegram” kanalında bildirilib.
IDF həmçinin bildirib ki, Müştahla yanaşı, HƏMAS Siyasi Bürosunun Əmək Komitəsində təhlükəsizlik xidmətinin rəhbəri olan Sameh əs-Sərrac, həmçinin “HƏMAS”ın ümumi təhlükəsizlik komandiri Sami Odeh də məhv edilib.
“Onlar Qəzza zolağının şimalında möhkəmləndirilmiş və təchiz olunmuş yeraltı kompleksdə gizlənərkən öldürülübər. Kompleks HƏMAS-ın komanda-nəzarət mərkəzi rolunu oynayıb və yüksək səviyyəli əməliyyatçılara uzun müddət ərzində orada qalmağa imkan verib” bəyanatda deyilir.
Günəş Mərd
tag: HƏMAS, Başçı ,Qəzza ,Siyasi Büro ,Kompleks, Ravi Müştahı, todaypress.az,