HƏMAS ilə danışıqlar son mərhələdədir – KİV

Dünya

25.07.2024 15:07

ABŞ prezidenti Cozef Bayden və İsrailin Baş naziri Benyamin Netanyahunun Qəzza zolağındakı atəşkəslə bağlı danışıqları son mərhələdədir.

TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.  

Məlumata görə, İsraillə HƏMAS arasında razılaşmanın əldə edilməsi üçün gələn həftə növbəti görüşlər keçiriləcək. 

Saziş bağlandıqdan sonra qadınların, qocaların və yaralı girovların HƏMAS əsirliyindən azad edilməsi müqabilində altı həftəlik (42 gün) atəşkəs qüvvəyə minəcək. 

Günəş Mərd

tag: ABŞ, Bayden, HƏMAS, Benyamin, Saziş, todaypress.az,