HƏMAS girovlarla bağlı təkliflərdən imtina etdi
Dünya
23.09.2024 09:58
HƏMAS Qəzza zolağında girovların alınması ilə bağlı ABŞ-nin son təkliflərini rədd edib.
TodayPress xəbər verir ki, bu barədə İsrailin “N12” telekanalı məlumat yayıb.
Razılaşmanın hazırlanmasında iştirak edən telekanalın Amerika və İsrail mənbələri hərəkatın yalnız Qəzza zolağında döyüşləri dayandırmaq və girovları azad etmək üçün 2024-cü ilin mayında Birləşmiş Ştatlar prezidenti Cozef Baydenin irəli sürdüyü planı müzakirə etməyə hazır olduğunu bildirib.
Bundan başqa, Baş nazirin aparatının müşaviri Dmitri Gendelman bildirmişdi ki, ölkə HƏMAS-ın hərbi və siyasi potensialını aradan qaldırmaq məqsədini reallaşdırmağa yaxınlaşır. Onun sözlərinə görə, indi HƏMAS-ın hərbi məğlubiyyəti Qəzza zolağında saxlanılan girovların azad edilməsini yaxınlaşdırır.
Töhfə Səməd
tag: HƏMAS ,Baş Nazir ,Qəzza, Dmitri Gendelman, Girovlar ,todaypress.az,