HƏMAS girovların tam siyahısını Misirə təhvil verdi
HƏMAS
Qəzza zolağında saxlanılan israilli girovların adlarının tam siyahısını Misirə
təhvil verib.
TodayPress xəbər verir ki, bu barəəd “Əl Ərəbiyyə” televiziyası bildirib.
Hələlik
nə HƏMAS, nə də Misir bu xəbərləri təsdiqləməyib.
Telekanalın
mənbələrinə görə, vasitəçilər hazırda Qəzza zolağında mümkün atəşkəslə bağlı
intensiv danışıqlar aparır və İsrailə qoşunlarını Misir və Qəzza arasındakı
sərhəddə yerləşən Filadelfi dəhlizindən çıxarması üçün təzyiq göstərirlər.
2023-cü
ilin noyabr ayının sonlarında Misir və Qətərin vasitəçiliyi ilə bir həftə davam
edən müvəqqəti humanitar atəşkəs əldə edilib.
Bu
müddət ərzində İsrailin məlumatına görə, 110 girov azad edilib. Dekabrın 1-də
atəşkəs pozulub və döyüşlər yenidən başlayıb. Avqust ayında Qətər, ABŞ və
Misirin iştirakı ilə bir neçə məsləhətləşmələr keçirildi, lakin münaqişə
tərəfləri razılığa gələ bilmədilər.
Aynur
TAC
tag: HƏMAS, Misir, İsrail, Fələstin, Qəzza, todaypress.az,