HƏMAS girovların siyahısını İsrailə ötürməkdə ləngiyir

Dünya

19.01.2025 09:30

Fələstinin HƏMAS hərəkatı texniki səbəblərdən azad edilməsi planlaşdırılan girovların siyahısının İsrailə təhvil verilməsini təxirə salıb.

TodayPress xəbər verir ki, bu barədə İsrailin "Ynet" xəbər portalı hərəkatın nümayəndəsinə istinadən məlumat yayıb. 

Bildirilib ki, qrupun əməliyyat bölmələri arasında əlaqə kuryerlərin köməyi ilə fiziki olaraq həyata keçirilir və bu, girovların yerlərinin siyahısının tərtibində gecikmələrə səbəb olur.

Hərəkat sözçüsü yekun siyahının təhvil verilməsindən əvvəl HƏMAS lideri Məhəmməd Sinvarın təsdiqini tələb edəcək. 

Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail hələ də HƏMAS hərəkatı tərəfindən ilk olaraq azad edilməli olan girovların siyahısını almayıb.

Günəş Mərd 

tag: İsrail,Həmas,Girov,Qəzza,Todaypress.az,