HƏMAS daxili seçkilərdən əvvəl yeni lider təyin etməyəcək

Dünya

21.10.2024 19:15

HƏMAS 2025-ci ilin martına planlaşdırılan daxili seçkilərdən əvvəl Yəhya Sinvarın yerinə varis təyin etməyi planlaşdırmır. 

TodayPress xəbər verir ki, bu barədə “Asharq News” telekanalı hərəkatdakı mənbəyə istinadən məlumat yayıb. 

Kanalın adının açıqlanmasını istəməyən həmsöhbəti iddia edir ki, İranda HƏMAS-ın əvvəlki lideri İsmayıl Haniyənin öldürülməsindən sonra hərəkat rəhbərliyi avqustun ortalarında Sinvarın ölümünə baxmayaraq fəaliyyətini davam etdirəcək 5 nəfərdən ibarət komitə yaradıb. Bu qurum HƏMAS siyasətinin işlənib hazırlanmasında, o cümlədən Qəzza zolağında münaqişənin həlli və İsrail həbsxanalarında saxlanılan fələstinli məhbusların müqabilində girovların azad edilməsi ilə bağlı İsraillə dolayı danışıqlarda hərəkatın mövqeyinin müəyyən edilməsində iştirak edəcək.

Daha əvvəl pan-ərəb qəzeti “Asharq Al Awsat” mənbələrə istinadən yazıb ki, HƏMAS Siyasi Büronun Sinvarı əvəz edəcək yeni rəhbərinin kimliyini gizlətməyə çalışacaq. Nəşrin həmsöhbətləri hesab edirlər ki, belə bir addım hərəkatın yeni liderini İsrailin təqiblərindən qoruya və ona inzibati iş üçün daha geniş imkanlar yarada bilər. Qəzet Sinvarın davamçıları arasında Dərviş, əl-Xeya, Məşəl və Siyasi Büro üzvü Məhəmməd Nazzalı müəyyən edib.

Töhfə Səməd

tag: HƏMAS, Sinvar, Qəzza, Haniyə, Lider, todaypress.az,