HƏMAS daha iki girovun videosunu yaydı

Dünya

05.09.2024 09:58

HƏMAS İsraili təhrik etmək və ictimai rəyi parçalamaq məqsədilə daha iki girovun görüntülərini paylaşıb. 

TodayPress xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

“HƏMAS İsrail tərəfindən Qəzza zolağında tuneldə aşkarlanan girovlardan ikisinin videogörüntülərini yayıb. Videoda 40 yaşlı Karmel Qat və 32 yaşlı Aleksandr Lobanovun görüntüləri var” deyə məlumatda bildirilib.

Hazırda İsrail Qəzza zolağında atəşkəs məsələsi ilə bağlı beynəlxalq təzyiq altındadır və münaqişənin davam etməsi ilə bağlı cəmiyyətin özündə birlik yoxdur. Girov videolarının yayılması isə digər məhbusların həyatından qorxan döyüş əleyhdarlarının mövqeyini gücləndirir.

Nəşr qeyd edib ki, bununla da HƏMAS İsraildə cəmiyyəti parçalamağın yolunu tapıb.

Töhfə Səməd

tag: HƏMAS, Qəzza, İsrail, Girov ,Cəmiyyət, todaypress.az,