HƏMAS atəşkəs şərtlərini rədd etdi
Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs razılaşmasının yeni şərtlərini rədd edib.
TodayPress xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Siyasi Büro üzvü Xəlil əl-Həyyanın rəhbərlik etdiyi HƏMAS nümayəndə heyəti Dohada Qətərin Baş naziri və Misir kəşfiyyatının rəhbəri ilə görüşüb. Tərəflər Qəzza zolağında baş verənləri müzakirə ediblər.
HƏMAS ABŞ Prezidenti Cozef Baydenin 31 may 2024-cü il tarixli bəyanatı, Təhlükəsizlik Şurasının 2735 saylı qətnaməsi və 2 iyul 2024-cü ildə razılaşdırılan atəşkəs razılaşmasını heç bir yeni tələb irəli sürmədən dərhal həyata keçirməyə hazır olduğu vurğulayıb.
Hərəkat bu razılaşma üçün istənilən yeni şərtləri rədd edəcəyini bildirib.
Günəş Mərd
tag: HƏMAS ,Atəşkəs ,Cozef Bayden, ABŞ, Prezident ,todaypress.az,