HƏMAS atəşkəs razılaşmasının pozulmasına görə İsraili günahlandırdı

Dünya

26.01.2025 07:34

Fələstinin HƏMAS hərəkatı fələstinlilərin anklavın şimalına qayıtmasına hələ də icazə verilmədiyi bir vaxtda Qəzza zolağında atəşkəs razılaşmasının həyata keçirilməsində mümkün pozuntulara görə məsuliyyəti İsrail iqtidarının üzərinə qoyub.

TodayPress xəbər verir ki, müvafiq bəyanat hərəkatın :Telegram" kanalında dərc edilib.

“Düşmən razılaşmanın bəzi bəndlərinin həyata keçirilməsində ləngiyir – xüsusilə də Ər-Rəşid oxu boyunca məcburi köçkünlərin anklavın cənubundan şimala qayıtmasına icazə vermir. Bu baxımdan HƏMAS razılaşmanın pozulmasına və onun nəticələrinə görə məsuliyyəti İsrailin üzərinə qoyur” sənəddə qeyd olunub.

Qeyd edək ki, yanvarın 19-da İsrail iqtidarı atəşkəs rejiminin tətbiq olunduğunu elan edib və HƏMAS hərəkatı ilə razılaşma çərçivəsində üç israilli girovun əvəzinə 90 fələstinli məhbusu azad edib. Daha sonra Qəzza zolağında saxlanılan dörd israilli qadın girovun yəhudi dövlətinə təhvil verilməsindən sonra Ofer və Ketsiot həbsxanalarından 200 fələstinli məhbus azad edilib.

 

tag: İsrail, Qəzza, Fələstin, Müharibə,HƏMAS,todaypress.az,