HƏMAS Argentinada terror təşkilat elan olundu

Dünya

13.07.2024 10:46

Argentina hökuməti Fələstinin HƏMAS hərəkatını terror təşkilatları siyahısına daxil edib.

TodayPress xəbər verir ki, HƏMAS adı “Terrorçuluq fəaliyyəti və onların maliyyələşdirilməsi ilə əlaqəli fiziki və hüquqi şəxslərin ictimai reyestri” siyahısında yer alıb.

Argentina prezidenti Xavyer Miley dəfələrlə bəyan edib ki, o, İsrail və ABŞ-ni Argentinanın prioritet müttəfiqləri hesab edir.

Keçən ilin dekabrında dövlət başçısı hakimiyyət orqanlarının “HƏMAS”ı terror təşkilatları siyahısına daxil etmək üçün çalışdığını bəyan edib.

tag: Argentina, Xavyer Miley, HƏMAS, Fələstin, Terror, todaypress.az,