HƏMAS ABŞ-yə səsləndi: İsrailə təzyiq edin!

Dünya

10.06.2024 14:34

HƏMAS-ın yüksək rütbəli rəsmisi Sami Əbu Zuhri ABŞ dövlət katibi Antoni Blinkenin regiona səfəri öncəsi Vaşinqtonu Qəzza zolağında döyüşləri dayandırması üçün İsrailə təzyiq göstərməyə çağırıb. 

TodayPress xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

“Hərəkat müharibənin bitməsini təmin edəcək istənilən təşəbbüsə müsbət münasibət bildirməyə hazırdır” deyə o əlavə edib.

Xatırladaq ki, ABŞ dövlət katibi Antoni Blinken bu həftə Misir və İsrailə səfər etməyi planlaşdırır. O, Yaxın Şərqə səfəri zamanı Qətər və İordaniyaya da səfər edəcək.

tag: HƏMAS, İsrail, Qəzza, Təzyiq, todaypress.az,