HƏMAS ABŞ-nin təklifini rədd etdi

Dünya

17.08.2024 09:02

2160

HƏMAS ABŞ-nin Qəzzada atəşkəslə bağlı təklifini rədd edib.

TodayPress bu barədə "Associated Press"ə istinadən xəbər verir.

"Hərəkatın bəyanatında deyilir ki, son təklif əvvəllər razılaşdırılmış versiyadan əhəmiyyətli dərəcədə fərqlənir və onlar yeni təklifləri qəbul etməyə hazır deyillər" agentlik bildirir.

Qəzzada atəşkəslə bağlı danışıqlar aparan vasitəçi dövlətlər Qətərin paytaxtı Dohada ötən həftə əldə edilmiş razılaşmalar əsasında sazişin bağlanmasını asanlaşdıra biləcək təkliflər irəli sürüblər. Vasitəçilər gələn həftənin sonuna kimi müəyyən nəticələri gözləyirlər.

Bu arada ABŞ Prezidenti Cozef Bayden növbəti raundu Dohada keçirilən danışıqların davam etdiriləcəyini bildirib.

tag: HƏMAS,Qəzza,Atəşkəs,Qətər, ABŞ, todaypress.az,