HƏMAS ABŞ girovlarını azad edəcək
Fələstinin HƏMAS hərəkatı ABŞ vətəndaşı olan bir israilli girovu azad edəcəyini təsdiqləyib.
TodayPress xəbər verir ki, müvafiq bəyanat hərəkatın "Telegram" kanalında dərc olunub.
“HƏMAS son bir neçə gün ərzində ABŞ administrasiyası ilə danışıqlar aparıb. Məsləhətləşmələrdən sonra müsbət münasibət nümayiş etdirmək və ikili vətəndaşlığı olan israilli girov Eden Aleksandrı azad etmək qərarına gəlib” deyə məlumatda bildirilir. Eyni zamanda, hərəkat vurğulayıb ki, məhbusun azad edilməsi Qəzza zolağında atəşi dayandırmaq üçün görülən tədbirlərin bir hissəsi, o cümlədən anklavla sərhəddə bütün keçid məntəqələrinin açılması və humanitar yardımın gətirilməsi olmalıdır.
HƏMAS girovun dəqiq nə vaxt azad oluna biləcəyini açıqlamayıb, lakin qeyd edib ki, hərəkat Qəzzə ilə bağlı intensiv danışıqlara başlamağa hazırdır. Qəzzada döyüşlərin dayandırılması və israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi ilə bağlı razılığa gəlmək üçün ciddi səylər göstərəcəklərini əlavə ediblər.
Töhfə Səməd
tag: Fələstin,HƏMAS,ABŞ,İsrail,todaypress.az,