HƏMAS 2 israilli girovu azad etdi
Dünya
01.02.2025 12:56
Fələstinin HƏMAS hərəkatı 2023-cü ilin oktyabrında girov götürülmüş iki İsrail vətəndaşını Qırmızı Xaç təşkilatına təhvil verib.
TodayPress xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İDF) mətbuat xidməti məlumat yayıb.
Qırmızı Xaç Cəmiyyətinə təhvil verilən iki girov daha sonra Qəzza zolağında İDF və Şin Bet (İsrail hərbi kəşfiyyat xidməti) qüvvələrinə təhvil verilib.
Mətbuat xidməti azad edilən İsrail vətəndaşlarının adlarını açıqlayıb.
Onlar Ofer Kalderon və Yarden Bibas olub.
2025-ci il yanvarın 19-dan Qəzza zolağında atəşkəs rejimi qüvvədədir.
Döyüşlər İsrail ilə HƏMAS arasında fələstinli məhbusların müqabilində israilli girovların azad edilməsinə dair əldə edilmiş razılaşmanın bir hissəsi kimi dayandırılıb.
Atəşkəsin ən azı 42 gün davam edəcəyi gözlənilir. Bu müddət ərzində Fələstin hərəkatı 33 girovu, İsrail isə 1000-ə yaxın məhbusu azad etməlidir.
Nicat Osman
tag: İsrail,Qəzza,Məhbus,Əsir,Todaypress.az,