Həkim səhlənkarlığının qurbanı olan Salih fəryad etdi
Dünya
01.06.2024 15:06
Türkiyədə maraqlı hadisə baş verib. Ölkənin Dənizli əyalətində 14 il əvvəl onurğa beynindən əməliyyat olunan Salih Aktaş adlı şəxs qeyri-adi olayla qarşılaşıb. O, illərdir əməliyyat zamanı başında unudulmuş iynə parçaları ilə yaşayır.
TodayPress yerli mediaya istinadən xəbər verir ki, zərərçəkmiş məsələ ilə bağlı məhkəməyə müraciət edib. Lakin ekspertiza rəyi onu təəccübləndirib. Sənəddə qeyd olunub ki, əməliyyat zamanı nöqsan aşkarlansa da, iynə hissəcikləri insan orqanizmi üçün faydalıdır.
Səhhətinin və psixologiyasının pisləşdiyini vurğulayan Aktaş iynə parçalarının davamlı baş ağrısına səbəb olduğunu və bu problemdən tez bir zamandan xilas olmaq istədiyini bildirib.
“Çox ağrılar yaşayıram. Səlahiyyətlilərdən yeganə xahişim odur ki, problemimin həllini tapsınlar” deyə S.Aktaş vurğulayıb.
Türkiyədə əməliyyat üçün ona bütün qapıların bağlı olduğunu iddia edən Aktaş buna görə, xaricə köçmək məcburiyyətində qalıb. Müalicə üçün Almaniyaya üz tutan Aktaşın əməliyyatı riskli hesab olunduğundan burada da ona “yox” cavabı verilib.
Günəş Mərd
tag: Hadisə, Türkiyə, Sağlamlıq, Almaniya, Psixologiya,Todaypress.az,