Həddindən artıq istilər son 1 gün ərzində 21 nəfərin həyatına son qoydu

Dünya

26.07.2024 02:00

2110

Mərakeş Səhiyyə Nazirliyi son 24 saatda ölkədəki həddindən artıq istilər səbəbindən ən azı 21 nəfərin öldüyünü açıqlayıb.

TodayPress xəbər verir ki, Mərakeş Səhiyyə Nazirliyindən verilən açıqlamada həddindən artıq istilərin insan tələfatına səbəb olduğu bildirilib.

İstilər səbəbilə ölənlərin çoxunun xroniki xəstəlikdən əziyyət çəkən və yaşlı insanlar olduğu bildirilir.

Mərakeş Meteorologiya İdarəsi, bazar ertəsi və çərşənbə günləri arasında ölkənin bəzi bölgələrində termometrlərin 48 dərəcəni göstərdiyini bildirib.

Mərakeşdə rekord temperatur keçən ilin avqustunda Aqadirdə 50,4 dərəcə selsi ilə qeydə alınıb.

tag: Mərakeş, Səhiyyə Nazirliyi, İsti havalar,Meteorologiya, todaypress.az,