Həcc ziyarətində daha 7 nəfər öldü
Dünya
17.06.2024 15:25
İranın Qızıl Aypara Cəmiyyəti Həcc ziyarəti başlayandan dünənə kimi dünyasını dəyişən iranlı zəvvarların sayını açıqlayıb.
TodayPress xəbər verir ki, məlumata görə, Həcc ziyarəti zamanı 7 iranlı zəvvar ölüb.
Bildirib ki, zəvvarlardan bir neçəsi xəstəlikdən əziyyət çəkirmiş, digərləri isə isti hava şəraitinə görə vəfat ediblər.
Qeyd edək ki, ötən gün Həcc ziyarəti zamanı yüksək dərəcədə istiyə dözməyən 6 İordaniya vətəndaşı ölmüşdü.
Günəş Mərd
tag: Həcc Ziyarəti, İran, Qızıl Aypara Cəmiyyəti, Ölüm, todaypress.az,