Həcc zamanı 23 türkiyə vətəndaşı öldü

Dünya

18.06.2024 12:50

1560

Həccə ziyarətinə gedən 23 türkiyə vətəndaşı həyatını itirib. 

TodayPress xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. 

Vəfat edən zəvvarların ölüm səbəblərinin ürək-damar xəstəlikləri və yoluxucu xəstəliklər olduğu bildirilib. 

Qeyd edək ki, bu il həcc ziyarətinə 84 mindən çox türkiyə vətəndaş yollanıb. Onların 53 faizini qadınlar, 47 faizini isə kişilər təşkil edib. 

Günəş Mərd

tag: Türkiyə, Həcc, KV,Dünya, todaypress.az,