Heç kim Ukraynaya şərt qoya bilməyəcək - Podolyak
Dünya
03.08.2024 15:10
Ukrayna o qədər müstəqil ölkədir ki, üçüncü tərəflər onun qarşısına münaqişənin həlli üçün şərtlər qoya bilməyəcəklər.
TodayPress xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak “The Washington Post” qəzetinə müsahibəsində bildirib.
“Ukrayna indi istənilən potensial danışıqlardan yan keçmək və özü atəşkəs şərtlərini tətbiq etmək üçün çox müstəqildir” deyə o vurğulayıb.
Podolyakın fikrincə Qərb Ukraynasız Rusiya ilə heç bir danışıqlar apara bilməyəcək.
Günəş Mərd
tag: Ukrayna, Mixail Podolyak, Rusiya, Qərb, Münaqişə, todaypress.az,