Həbsxanada iğtişaş - İki məhbus öldü

Dünya

20.12.2024 10:31

Meksikanın Tabasko ştatının cəzaçəkmə müəssisəsində baş verən iğtişaş iki məhbusun ölümünə səbəb olub.

TodayPress xəbər verir ki, Meksika mətbuatının yazdığına görə, Kretset həbsxanasındakı iğtişaşlar bəzi məhbusların başqa islah müəssisələrinə köçürülməsi səbəbindən baş verib.

Qarşıdurma zamanı iki məhbus ölüb, digərləri isə yaralanıb.

İğtişaşlar zamanı məhbuslar mebel və zibil qutularını yandırıblar. Əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları çoxlu sayda silah-sursat, kəsici əşyalar və partlayıcı maddələr ələ keçirib.

İğtişaş xəbərindən sonra məhbusların yaxınları baş verənlərlə bağlı məlumat almaq üçün həbsxana binasının qarşısına toplaşıblar.

tag: İğtişaş ,Həbsxana ,Meksika, Qarşıdurma, todaypress.az,