Havanın çirklənməsi minlərlə insanın ölümünə səbəb oldu
İranda ötən il 6 min insan havanın çirklənməsi səbəbindən həyatını itirib.
TodayPress xəbər verir ki, bu barədə Tehran meri Əlirza Zakani bildirib.
Zakani təmiz hava ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün dövlət qurumlarının əməkdaşlıq etmədiyini də dilə gətirib.
Onun sözlərinə görə, havanın çirklənmə səviyyəsinin azaldılması və böhranın idarə olunması üçün hökumət tərəfindən səmərəli tədbirlərin görülməməsi vətəndaşların sağlamlıq və ətraf mühit hüquqlarının açıq şəkildə pozulmasıdır.
Mer qeyd edib ki, havanın çirklənməsi iqtisadiyyata da ciddi ziyan vurub.
Türkan İsgəndərli
tag: İran,Tehran,Hava,Ölüm,Todaypress.az,