Hava şousu zamanı təyyarə qəzaya uğradı, 2 nəfər öldü
Dünya
23.07.2024 04:00
ABŞ-nin Viskonsin ştatında
hava şousunun keçirildiyi ərazinin yaxınlığındakı fermada təyyarənin qəzaya
uğraması nəticəsində təyyarədə olan iki nəfər həlak olub.
TodayPress xəbər
verir ki, qəzanın səbəbləri Milli Nəqliyyat Təhlükəsizliyi Şurası tərəfindən
araşdırılır. Təyyarədə olan şəxslərin adları dərhal açıqlanmayıb.
Qeyd edək ki, ötən il də ABŞ-də
keçirilən hava şousu zamanı vertolyot və girokopterin havada toqquşması nəticəsində
iki nəfər həlak olmuş, iki nəfər yaralanmışdı.
Nəzrin Cavadzadə
tag: ABŞ, Viskonsin, Qəza, Hava şousu, todaypress.az,