Hava limanlarında aksiya keçirməyə hazırlaşan 27 eko-fəal saxlanıldı

Dünya

29.06.2024 01:04

İngiltərədə hava limanlarında etiraz aksiyası keçirməyə hazırlaşdıqları iddiası ilə saxlanılan eko-fəallarını sayı 27-yə çatıb.

TodayPress xəbər verir ki, bu barədə  London Metropoliten Polisi açıqlama yayıb. Bildirilib ki, Londonda Qlosterşir, Oksfordşir, Devon, Esseks, Mançester, Surrey, Sasseks, Norfolk və Qərbi Yorkşirdə 17 nəfər eko-fəalın evlərinə basqın edilib .

Polis bu şəxslərin “İctimai asayiş haqqında” qanunu pozmağı planlaşdırdıqları və milli infrastruktura ziyan vura biləcək hərəkətlərə yol vermələri səbəbilə saxlandıqlarını açıqlayıb və onların arasında “Just Stop Oil” şirkətinin yüksək vəzifəli şəxslərinin də olduğu barədə məlumat paylaşıb.

Açıqlamada saxlanılanlardan bəzilərinin sərbəst buraxıldığı qeyd edilib və bu şübhəlilərin heç bir hava limanına bir kilometrdən çox yaxınlaşa bilməyəcəyi vurğulanıb.

 GÜNEL

tag: Eko-fəal, İngiltərə, Hava limanı, Aksiya, todaypress.az,