Hava limanında uzunmüddətli qucaqlaşmaq qadağan edildi

Dünya

20.10.2024 13:37

1639

Yeni Zelandiyadakı "Dunedin" hava limanı sərnişinlərin uzunmüddətli qucaqlaşmasını qadağan edib.   

TodayPress xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.  Administrasiyanın tələbinə görə qucaqlaşma limiti üç dəqiqə təyin olunub.   

"Daha mehriban vidalaşmaq üçün, lütfən, dayanacaqdan istifadə edin" deyə hava limanında asılmış lövhələrdə qeyd olunub.

Hava limanının baş direktoru Daniel De Bono bu yeniliyi ən son elmi araşdırma ilə əlaqələndirib. Sözügedən araşdırmaya görə,  “sevgi hormonu” oksitosini ifraz etmək üçün 20 saniyəlik qucaqlaşmanın kifayət edir. 

Günəş Mərd 

tag: Hava limanı,Qucaqlaşmaq,Yeni Zelandiya,Qanun,Todaypress.az,