Hava çirkliliyi ilə bağlı dəhşətli statistika - Ölüm sayı 8 milyonu ötdü

Dünya

19.06.2024 20:20

1210

Dünya üzrə havanın keyfiyyətini təhlil edən qeyri-hökumət təşkilatı olan State of Global Air bu gün dərc etdiyi hesabatda 2021-ci ildə 8,1 milyon insanın ölümünə havanın çirklənməsinin səbəb olduğunu açıqlayıb.

TodayPress xəbər verir ki, hesabatda havanın çirklənməsinin 2021-ci ildə 8,1 milyon insanın ölümünə yol açdığı açıqlanıb və ölümlərlə yanaşı, milyonlarla insanın hava çirkliliyinə görə xroniki xəstəliklərlə yaşadığı vurğulanıb.

İlk dəfə UNICEF ilə ortaq şəkildə hazırlanan hesabatda 5 yaşdan kiçik uşaqların vaxtından əvvəl doğulması, aşağı çəki, astma və ağciyər xəstəliklərə xüsusilə həssas olduğu vurğulanıb.

Hava çirkliliyinin zərərinin uşaqlarda ana bətnində başladığına diqqət çəkən hesabatda deyilir: “2021-ci ildə hava çirkliliyinə məruz qalma 5 yaşdan kiçik 700 mindən çox uşağın ölümünə səbəb olub. Hava kirliliyi bu yaş qrupu üçün qida çatışmazlığından sonra ikinci əhəmiyyətli risk faktorudur”.

GÜNEL

tag: Hava çirkliliyi, Qeyri-hökumət təşkilatı,UNICEF, Hesabat, todaypress.az,