Harvard Universiteti Trampı məhkəməyə verdi

Dünya

22.04.2025 10:05

9

Harvard Universiteti ABŞ-nin prezidenti Donald Trampın administrasiyasına qarşı məhkəmə iddiası qaldırıb.   

TodayPress bildirir ki, bu barədə universitet məlumat yayıb. 

Məlumata görə, iddia Massaçusets ştatında qaldırılıb. 

Bildirilib ki, hökumət onlardan daxili qaydalarına və işə qəbul siyasətinə dəyişiklik etməyi tələb edib.

Harvard bu tələbləri konstitusiyaya zidd sayaraq qəbul etməyib.

Bundan sonra hökumət universitetə ayrılan maliyyəni dayandırıb. 

Xatırladaq ki, Tramp administrasiyası bundan öncə Harvardı kampusda antisemitizmə qarşı kifayət qədər mübarizə aparmamaqda  ittiham edib. 

Türkan İsgəndərli

tag: Harvard,Universitet,ABŞ,Tramp,Todaypress.az,