Harrislə Tramp debata çıxacaq
Dünya
24.07.2024 17:41
ABŞ prezidentliyinə namizəd Donald Tramp və vitse-prezident Kamala Harris arasında sentyabrın 10-da debat baş tutacaq.
TodayPress xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Nəşrin bildirdiyinə görə, debat “ABC News” kanalında yayımlanacaq.
Qeyd edək ki, bir müddət öncə Tramp bu kanalı tənqid edərək debatların “Fox News” kanalında keçirilməsini təklif etmişdi.
Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də baş tutacaq.
tag: Harris, Tramp, ABŞ, Namizəd, Kamala Harris, todaypress.az,