Harrisin populyarlığı Ukraynaya yardımın qarşısını aldı

Dünya

05.09.2024 10:43

“Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin artan populyarlığı Ukraynaya 50 milyard dollarlıq yardımın təsdiqlənməsi məsələsinə mane olub. 

TodayPress xəbər verir ki, bu barədə “Politico ” qəzeti məlumat yayıb.

“Ukraynaya yardım məsələsi sadəcə Trampdan qorumaq üçün nəzərdə tutulmuşdu, lakin indi Harrislə bağlı vəziyyət başqadır” deyə nəşr yazıb. 

Bildirilib ki, bu vəziyyət ABŞ və Avropa İttifaqı (Aİ) arasında danışıqlarda müəyyən parçalanma yaradır, çünki indi Amerika hakimiyyəti məsələni o qədər də kəskin və aktual hesab etmir.

Töhfə Səməd

tag: Demokratlar Partiyası ,Kamala Harris, Prezident, ABŞ, Ukrayna, Avropa İttifaqı ,todaypress.az,