Harrisin kampaniyası Baydendən qurtulmaq istəyir

Dünya

08.10.2024 18:00

ABŞ Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin kampaniya heyəti hazırkı Amerika lideri Cozef Baydenin xaricdə daha uzun müddət qalmasını və onun seçki kampaniyasına müdaxilə etməməsini istəyir. 

TodayPress xəbər verir ki, bu barədə “CNN” mənbələrə istinadən məlumat yayıb.

Materialın müəllifləri əlavə ediblər ki, noyabr seçkiləri ərəfəsində Harrisin məsləhətçiləri onun siyasi proqramının Baydendən fərqləndiyini göstərməyə çalışırlar. Lakin o, indi vitse-prezident kimi hazırkı siyasəti davam etdirməyə məcburdur. Bundan əlavə, ABŞ prezidenti qəribə hərəkətləri və çıxışları ilə diqqəti özünə cəlb etməyə davam edir. Harrisin komandası isə bunu “yersiz” hesab edir.

Töhfə Səməd

tag: Harris ,Bayden ,ABŞ ,Prezident ,Seçki ,todaypress.az,