Harrisin evi meşə yanğını səbəbindən təxliyə zonasına düşdü
ABŞ-nin vitse-prezidenti Kamala Harrisin Los-Ancelesdəki evi meşə yanğını səbəbindən təxliyə zonasına düşüb.
TodayPress xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Harrisin hazırda Vaşinqtonda olduğu dəqiqləşir.
“TASS”ın məlumatına görə, sahəsi 350 kvadratmetr olan evi 2012-ci ildə Harrisin əri, hüquqşünas Duqlas Emhoff alıb. Dörd otaqlı ev 2024-cü ildə 5 milyon dollar dəyərində qiymətləndirilib.
Günəş Mərd
tag: Harris, Ev ,Meşə, Yanğın ,todaypress.az,