Harris və Tramp arasındakı debatın gizli qalibi müəyyən olundu
Dünya
11.09.2024 10:23
Arkanzas ştatının keçmiş qubernatoru Mayk Hakabi Kamala Harris və Donald Tramp arasında keçirilən seçki debatının gizli qalibini elan edib. Onun fikrincə, ABŞ tarixində ən pis debat təşkilatçısı olan “ABC” telekanalı olub.
TodayPress xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“ABC” telekanalı tarixin ən pis prezidentlik debatı üzrə yarışmada qalib gəldi” deyə Hakabi yazıb.
O, şəbəkəni Trampa qarşı qərəzli olmaqda günahlandırıb və əlavə edib ki, Respublikaçılar Partiyasından namizəd təkcə Harrislə deyil, həm də “ABC” moderatorları ilə mübarizə aparmalı idi. O, moderatorları kənarlaşdırmağa və namizədlərə media “axmaqları” ilə deyil, bir-biri ilə açıq debat etməyə imkan verməyə çağırıb.
Sabiq qubernator bildirib ki, telekanal nədənsə Harrisin “qalib” gəldiyini düşünür və artıq onu öz prezidentləri kimi qəbul ediblər.
Töhfə Səməd
tag: Harris, Tramp, Respublikaçılar, Namizəd, Qubernator, todaypress.az,