Harris və Bayden ilk dəfə birgə təbliğat apardılar

Dünya

04.09.2024 00:55

ABŞ prezidenti Cozef Bayden və Kamala Harris ilk dəfə birgə kampaniya aparıblar.

 

TodayPress xəbər verir ki, bu barədə “The Daily” nəşri yazıb. 

 

Əsas Pensilvaniya ştatında seçiciləri cəlb etmək istəyən cütlük Pittsburqda həmkarlar ittifaqı üzvləri ilə görüşüb və daha sonra 600-ə yaxın tərəfdarına müraciət etmək üçün yan-yana dayanıb. 

Noyabrın 5-də Amerikada prezident seçkiləri keçiriləcək. Seçkilərdə Kamala Harrisin rəqibi ABŞ keçmiş lideri Donald Tramp olacaq. 

 
ABŞ-də keçirilən hazırkı sorğu nəticələrinə görə, Tramp bir neçə faiz səslə Harrisə qalib gəlir. 
 
Bir neçə gün öncə Kamala Harris rəsmi şəkildə prezidentliyə namizəd olacağını təsdiq edib. 


Aynur TAC

tag: ABŞ, Co Bayden, Kamala Harris,Amerika,todaypress.az,