Harris və Bayden Demokratların uğursuzluğunda bir-birini günahlandırır
Dünya
08.11.2024 16:30
ABŞ-nin vitse-prezidenti Kamala Harris və Ağ Evin rəhbəri Cozef Baydenin komandaları Demokratların ABŞ prezident seçkilərində uğursuzluğa düçar olmasında bir-birlərini günahlandırırlar.
TodayPress xəbər verir ki, bu barədə “Axios” yazıb.
“Vitse-prezident Harris və prezident Baydenin məsləhətçiləri bir məsələdə həmfikirdirlər – Trampın seçkilərdə qələbəsi onların günahıdır” portal yazıb.
Harrisin nümayəndələri bildirirlər ki, o, demək olar ki, qüsursuz bir kampaniya aparıb və onun seçkidəki məğlubiyyəti Baydenə görə Demokratların aşağı səviyyədə dəstəklənməsi ilə bağlı olub.
Hazırkı prezidentin tərəfdarları, əksinə, Harrisin seçki kampaniyası zamanı Baydeni kənarlaşdırmaq qərarına görə səhv etdiyinə əmindirlər.
Günəş Mərd
tag: ABŞ, Bayden, Harris, Tramp, Seçki, todaypress.az,