Harris Ukraynaya güclü dəstək vəd etdi

Dünya

23.08.2024 09:01

ABŞ Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris seçkilərdə qalib gələcəyi təqdirdə Ukraynanı dəstəkləməyə davam edəcəyinə söz verib. 

TodayPress xəbər verir ki, o, bu barədə Çikaqoda partiya həmkarlarının milli konqresində çıxışı zamanı bildirib. 

“Prezident kimi mən Ukraynanı və NATO-dakı müttəfiqlərimizi qətiyyətlə dəstəkləyəcəyəm” deyə o qeyd edib. 

Harris seçkidəki rəqibi Respublikaçı Donald Trampı Rusiya ilə Ukrayna arasında hərbi münaqişənin başlanmasını təşviq etməkdə, həmçinin Şimali Atlantika blokundan çıxmaqla hədələməkdə ittiham edib.

Vitse-prezidentin sözlərinə görə, dünyanın hər yerindən diktatorlar Trampı dəstəkləyirlər, çünki bilirlər ki, yaltaqlıqla manipulyasiya etmək asandır.

Günəş Mərd

tag: ABŞ, Ukrayna, Kamala Harris, Yardım, Dəstək, todaypress.az,