Harris Trampla debatın şərtlərini açıqladı

Dünya

01.09.2024 09:33

ABŞ prezidentliyinə namizəd, hazırkı vitse-prezident Kamala Harris rəqibi Donald Trampla debat üçün öz şərtini açıqlayıb.

TodayPress xəbər verir ki, Harris bu barədə “X” social şəbəkə hesabında yazıb.

O, bildirib ki, debatlar zamanı mikrofonlar daima açıq olmalıdır. Bundan başqa, tərəflərə açıq diskussiya aparmaq imkanı yaradılmalıdır.

“Biz ABŞ prezidentliyinə namizədik. Gəlin açıq müzakirə aparaq, mikrofonlar həmişə açıq olsun” deyə Kamala Harris qeyd edib.

Töhfə Səməd

tag: Harris, Tramp, ABŞ, Namizəd,Debat,todaypress.az,