Harris Trampla debatın şərtini açıqladı
ABŞ-nin Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris rəqibi Donald Tramp ilə qarşıdan gələn debatın qaydaları ilə razılaşdığını açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.
Harris daha əvvəl də bildirmişdi ki, Donald Trampla debatlar zamanı mikrofonlar daima açıq olmalıdır.
Qeyd edək ki, Trampla Harris arasındakı debat sentyabrın 10-da baş tutacaq.
Töhfə Səməd
tag: ABŞ, Tramp ,Harris, Debat, Qaydalar, todaypress.az,