Harris Trampı qabaqladı - Sorğu

Dünya

17.09.2024 19:05

Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Kamala Harris respublikaçı rəqibi Donald Trampı rekord səs sayı ilə qabaqlayıb.

TodayPress xəbər verir ki, bu barədə “Morning Consult” konsaltinq qrupunun keçirdiyi sorğunun nəticələrində qeyd olunub. 

Sorğuya əsasən, Harrisi respondentlərin 51 faizi, Trampı isə 45 faiz dəstəkləyib ki, bu da Demokratlar Partiyasından prezidentliyə namizəd üçün yeni rekorddur.

Sorğu sentyabrın 13-dən 15-dək 11 022 amerikalı seçici arasında keçirilib. 

Günəş Mərd

tag: Demokratlar Partiyası ,ABŞ,Harris, Tramp ,Seçici ,todaypress.az,