Harris Trampı prezident seçkilərində qələbə münasibətilə təbrik etdi
Dünya
07.11.2024 01:00
Demokrat Partiyasından ABŞ prezidentliyinə
namizəd Kamala Harris rəqibi respublikaçı Donald Trampa zəng edərək onu
prezident seçkilərində qələbə münasibətilə təbrik edib.
TodayPress xəbər verir ki, bu barədə “The
Washington Post” qəzeti ABŞ-nin hazırkı vitse-prezidentinin köməkçisinə
istinadən bildirib.
Nəşrin müsahibinin sözlərinə görə, Harris həmçinin
Trampla “hakimiyyətin dinc yolla təhvil verilməsinin vacibliyini” müzakirə
edib.
Yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə 01:00)
demokrat, prezident seçkilərində məğlubiyyətini etiraf edəcəyi ilə bağlı çıxış
edəcək.
tag: Harris, Donald Tramp, ABŞ, Demokratiya, todaypress.az,