Harris Trampı növbəti debata səslədi
Dünya
21.09.2024 08:22
ABŞ-nin vitse-prezidenti, demokratlardan ali dövlət
vəzifəsinə namizəd Kamala Harris əsas siyasi rəqibi – respublikaçı Donald
Trampla yeni debat raundunun keçirilməsinə nail olmağa çalışır.
TodayPress "TASS" istinadən xəbər verir ki, bu barədə o, Corciya ştatındakı nümayişdə çıxış edərkən bəyan edib.
“Mən daha bir debat keçirməyə çalışıram. Görək nə olacaq” Harris bildirib. Vitse-prezident sentyabrın 10-da Filadelfiyada (Pensilvaniya ştatı) Trampla keçirilmiş debatlar barədə danışarkən qeyd edib ki, “Bu, əyləncəli idi”.
Xatırladaq ki, prezidentliyə namizədlərin müzakirəsi “ABC News”un təşkilatçılığı ilə keçirilib. Keçən həftə Tramp Harrislə debatların yeni mərhələsini keçirməkdən imtina etdiyini söyləyib.
tag: ABŞ ,Harris, Tramp, Müzakirə ,Debat ,todaypress.az,