Harris Trampı Hitlerə bənzətdi

Dünya

24.10.2024 06:21

1954

ABŞ-nın vitse-prezidenti, Demokratlar Partiyasından hökumət postuna namizəd Kamala Harris bildirib ki, onun rəqibi Respublikaçılar Partiyasının namizədi Donald Tramp Adolf Hitler kimi qeyri-məhdud hakimiyyətə can atır.

 

TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

 

Siyasətçi Trampın dövründə Ağ Evin keçmiş aparat rəhbəri Con Kellinin açıqlamalarına diqqət çəkib. O, əvvəllər Trampın guya Hitler generallarının sədaqətini qeyd etdiyini bildirib.

 

"Donald Trampın Adolf Hitlerdən bəhs etməsi təhlükəli və son dərəcə narahatedicidir" Harris vurğulayıb.

 

O, qeyd edib ki, Tramp getdikcə balanssız və qeyri-sabit olur.

 

Tramp daha əvvəl The Hill-də keçirilən seçkiqabağı sorğuda Harrisi qabaqlamışdı və indi seçkidə qalib gəlmək şansı daha yüksəkdir.

 

Seçki proqnozu Trampın 52 faiz, Harrisin isə 48 faiz qalib gəlmə şansı olduğunu göstərib.

 

Aynur TAC

tag: Tramp, Harris, ABŞ, Seçki, todaypress.az,