Harris son sorğuda Trampı 3 faiz qabaqlayır
Dünya
03.11.2024 01:34
ABŞ-nin vitse-prezidenti, Demokratlar
Partiyasının prezidentliyə namizədi Kamala Harris eks-prezident, respublikaçı
Donald Trampı seçki reytinqində üç faiz bəndi ilə qabaqlayır.
TodayPress “The Hill”ə istinadən xəbər verir ki, bunu
“YouGov” sosioloji xidməti tərəfindən keçirilən sorğunun nəticələri sübut edir.
Nəticələrə görə, Harris respondentlərin 50 %-nin, Tramp
isə 47 %-nin dəstəyini alıb.
“YouGov”un bundan əvvəlki 16 oktyabr sorğusunda Harrisin
250, Trampın isə 219 səs topladığı deyilirdi.
“YouGov” Nevada, Arizona, Viskonsin, Pensilvaniya, Şimali
Karolina və Corciyanı "yelləncək" ştatlar adlandırıb. Harris Nevada,
Viskonsin, Pensilvaniya və Şimali Karolinada, Tramp isə qalan ştatlarda
populyardır.
Sorğu 25-31 oktyabr tarixlərində ABŞ-nin 57 784 seçici
arasında aparılıb. “The Hill” və “Decision Desk” seçki monitorinq saytı
tərəfindən 324 sorğu əsasında aparılan təhlillərdə Harris Trampı cəmi 0,3 %
(48,3 %-ə qarşı 48 %) qabaqlayır.
Qeyd edək ki, ABŞ-də prezident seçkiləri 5 noyabrda
keçiriləcək. Florida Universitetinin məlumatına görə, artıq 70 milyondan çox
insan erkən səsvermədə iştirak edib.
tag: Tramp, hariss, ABŞ, Seçki,Nevada, todaypress.az,